“Turan Tovuz"un futbolçusu Roderi Millerin formasını geyindiyi Panama yığması KONKAKAF Millətlər Liqasında yarımfinal görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən kollektiv Kanada ilə üz-üzə gəlib. Görüş kanadalıların qələbəsiylə başa çatıb - 2:0.

Miller bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Kanada turnirin finalına yüksəlib. Panama isə üçüncü yer uğrunda görüşə çıxacaq.