Ukraynanın “Aleksandriya” klubu azərbaycanlı futbolçu Emil Mustafayevi komandada saxlamaq niyyətindədir.

Rekord.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, klub artıq Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisinə yeni müqavilə təklif edib.

Eyni zamanda, Ukraynanın və Azərbaycanın bir neçə klubunun Mustafayevlə maraqlandığı deyilir.

Emil Mustafayev 2019-cu ildən “Aleksandriya”nın strukturundadır. O, bu mövsüm Ukrayna Premyer Liqasında 8 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

21 yaşlı futbolçunun klubla cari müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.