Azərbaycan futbolunun hakimliklə bağlı problemləri bitib-tükənmək bilmir.

Rekord.az-a daxil olan məlumata görə, uşaq liqalarında hakimlik edənlərlə bağlı xüsusilə ciddi problemlər var.

Əldə etdiyimiz məlumata görə, problem tək forma çatışmazlığı ilə bağlı deyil. Vəziyyət o qədər acınacaqlıdır ki, hakimlər hətta sarı, qırmızı vərəqələri, hakim fitlərini də öz ciblərinin pulu ilə alırlar. Eyni zamanda hakim formalarını da çox hakim öz cibinin puluna alır. Məhz bu problemlər səbəbindən son zamanlar hakimliyə gəlmək istəyən gənclərin sayı xeyli azalıb.