Mövsümü ikinci pillədə başa vuran “Neftçi”nin baş məşqçisi Samir Abasovun postunda qalıb-qalmayacağı məlum olmasa da, artıq mətbuatda bəzi mütəxəssislərin adı “ağ-qaralar”la yanaşı hallanır.



Rekord.az xəbər verir ki, xüsusilə rəhbərliyin yeni mövsüm üçün “sükan arxasına” əcnəbi baş məşqçi dəvət edəcəyi deyilir.

 

Onların arasında ukraynalı Vitali Vernidubun da adı çəkilir. 56 yaşlı mütəxəssin son klubu Moldova “Şerif”i olub. Ukraynalı 2020/21 mövsümündə Tiraspol təmsilçisini Çempionlar Liqasının qrupuna yüksəltməklə adından söz etdirib.

Vernidubun ölkəmizdə Səbuhi Səfiyarlı ilə isti münasibətinin olduğunu nəzərə alıb tanınmış agentdən bu məsələyə aydınlıq gətirməsini istədik. Səbuhi bəy “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
 

“Yuri Vernidub “Şerif”dəki işi ilə necə məşqçi olduğunu sübut edib. O vətəni Ukraynada da işlədiyi klublarda nəticə verməyi bacarıb. Ancaq bu gün onun “Neftçi”nin baş məqşçi postuna namizəd olması, adının “ağ-qaralar”la yanşı hallanması doğru məlumat deyil. Çünki hazırda Ukraynadakı vəziyyət 56 yaşlı mütəxəssisin ölkə xaricinə yollanmasına imkan vermir. Bu günlərdə fövqəladə vəziyyət daha 3 aylıq uzadıldı. Vernidub səfərbərliyə cəlb olunub və döyüş əməliyyatlarında iştirak edir”.