"Mançester Yunayted"in futbolçusu Edinson Kavani 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir.

Rekord.az "The Times"ə istinadən xəbər verir ki, uruqvaylı hücumçu "Barselona"ya keçməyi planlaşdırır.

Kataloniya klubu mövsümün sonunda azad agent olacaq forvardın keçidində maraqlıdır.

Qeyd edək ki, Kavani 2020-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 5 yuna 1 qol vurub.