Zinəddin Zidanın növbəti mövsümdən PSJ-ni çalışdıra biləcəyi ilə bağlı ehtimal aradan qalxıb.

Rekord.az xəbər verir ki, Fransa klubunun qətərli həmsahibləri onu komandaya dəvət etsələr də, PSJ ilə bağlı layihə Zidanı qane etməyib. “Telefoot” indi baş məşqçi vəzifəsinə mümkün namizədlərin siyahısına 4 nəfərin daxil olduğunu iddia edir. Onlar Ruben Amorim (Sportinq), Kristof Qaltye (Nitsa), Serjio Konseysao (Portu) və Tyaqo Mottadı (Spetsiya).

Xəbərdə o da qeyd edilir ki, Maurisio Poçettino PSJ-dəki fəaliyyətini davam etdirmək istəyir. Argentinalı məşqçi kluba müqavilə ilə hələ bir il də bağlıdı.