Xatirinizdədirsə hələ mövsümün gedişində avrokuboklara vəsiqə qazanacağı halda, "Zirə"nin büdcəsinin artırılacağına dair xəbər dərc etmişdik.

Rekord.az xəbər verir ki, yazdığımız reallaşıb.

Belə ki, qəsəbə təmsilçisinin rəhbərliyi həm avrokuboklarda, həm də növbəti mövsüm üçün daha uğurlu çıxış etmək üçün klubun büdcəsini bir qədər də artırıb. Əldə etdiyimiz məlumata görə, "Zirə"yə əlavə yarım milyon manat da vəsait ayrılacaq. Ümumilikdə isə Konfrans Liqası üçün 3 yeni legionerin alınması planlaşdırılır.