Müəyyən müddətlik fasilədən sonra Mingəçevir Şəhər Stadionunun ehtiyat meydançasında işlər yenidən davam edir.

Rekord.az xəbər verir ki, AFFA-nın əlavə maliyyə vəsaiti ayırması isə susqunluq pozulub.

İşlər may ayının sonunda yekunlaşacaq. Bu arada, mingəçevirlilər üçün daha bir xoş xəbər. Belə ki, federasiya ehtiyat meydançada metal rekonstruksiyalı 300 nəfərlik tribuna da quraşdıracaq. Bu isə əsas meydançada problem olacağı təqdirdə "Mingəçevir"ə imkan verəcək ki, I liqadakı ev oyunlarını ehtiyat meydançada keçirə bilsin.