![photo](https://rekord.az/uploads/5/anton-krivotsyukk-1-600x300.jpg)
Krivotsyukun komandasından çətin qələbə
- 2024-06-23 18:00
- 81
Futbol üzrə Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Qvanqyu” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.