Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Rekord.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, PFL rəsmisi Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.

O, iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.