![photo](https://rekord.az/uploads/5/908759b1-1638-3c28-ba1b-7657ef7c6b72-850-600x300.jpg)
İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli oldu
- 2024-06-29 23:00
- 85
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Ruben Varqas görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
25 yaşlı yarımmüdafiəçi komandasının ikinci qoluna imza atıb.