Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

AÇ-2024
1/8 final

29 iyun

İsveçrə – İtaliya 2:0
Qollar: Remo Froyler, 37. Ruben Varqas, 46.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin. Olimpiya stadionu.