“Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov bu gün Türkiyədə toplanışda olan komandanı ziyarət edib.

Rekord.az xəbər verir ki, məşqdən əvvəl futbolçularla görüşən Orxan Məmmədov Avropa Liqasında iştirak edəcək “Zirə”yə uğurlar arzulayıb.

O, daha sonra hazırlığı izləyib.

“Zirə” Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Moldova “Şerif”i ilə mübarizə aparacaq.