Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin heyətində Antonio Rudiger görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

31 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və görüşü yüksək səviyyədə keçirib.