Gürcüstan millisinin üzvü Corc Mikautadze Avropa çempionatları tarixində qrup mərhələsinin ilk üç oyununda fərqlənməyi bacaran 9-cu futbolçu olub.

Rekord.az xəbər verir ki, 23 yaşlı hücumçudan əvvəl Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Rud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kriştianu Ronaldu (2021) ilk üç oyunda qol vurmağı bacarıblar.

Mikautadze Almaniyada təşkil olunan AÇ-2024-ün bombardirləri siyahısına 3 qolla başçılıq edir.