Masaki Murata "Sumqayıt"la əsl "gizlənqaç" oynayır.

Rekord.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi başa çatıb və klub tərəfindən də ona yeni müqavilə təklif olunub.

Amma yapon hələ də kluba konkret cavab verməyib. Nə yeni müqaviləni geri çevirib, nə də konkret "hə" cavabı verib. Klub hazırlıqlara başlasa da, düşərgədə də yoxdur. Deyilənə görə, telefonunu da söndürüb və "Sumqayıt"dan heç kim onunla əlaqə saxlaya bilmir. Bu gedişlə klub ondan əlini üzməli olacaq.