I Liqada mübarizə aparan MOİK növbəti mövsüm ev oyunlarını Sumqayıtda keçirə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb komandanın hazırda ev oyunlarını keçirdiyi Binə stadionunun örtüyünün bərbad durumda olmasıdır.

Hətta gözlənilir ki, PFL növbəti mövsüm üçün bu stadionda oyunların keçirilməsinə icazə vermək istəmir. Sumqayıt variantına gəlincə, bunun bir sıra səbəbləri var. "Kapital Bank Arena" hazırda boşdu, örtüyü təbiidir və baş məşqçi Qəzənfər Abbasov sumqayıtlıdır.