II Liqada mübarizə aparan "Şəmkir"lə bağlı maraqlı məlumat yayılıb.

Rekord.az xəbər verir ki, məlumat komandaya yeni sponsorun gəlişi ilə bağlıdır.

Əlaqələrimizi işə salıb öz tərəfimizdən sözügedən məlumatın doğru olub-olmadığını araşdırdıq. Əldə etdiyimiz məlumata görə, yayılan söhbətlər əsassız deyil. Düzdür, hazırda hansısa sponsorun komandanı himayəsinə götürməsi faktı yoxdur. Amma ölkə xaricində yaşayan bir neçə imkanlı şəmkirliyə bununla bağlı müraciət olunduğu deyilib. Hazırda həmin şəxslərdən cavab gözlənilir. Hansısa bir müsbət cavab olarsa, yeni mövsümdən daha güclü, daha iddialı "Şəmkir" görə bilərik.