Gördüyünüz foto 2006-cı ildə çəkilib.

Rekord.az xəbər verir ki, foto Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Gənclərbirliyi"nin məşqindən çəkilib.

Şəkildəki futbolçular qvineyalı qapıçı Salif Diallo ilə azərbaycanlı Davud Kərimidir. Məşqçi isə Xəyyam Bəkirovdu. Fotoda diqqət çəkən məqam arxada məşqi izləyə xeyli sayda azarkeşin olmasıdır. Bu faktın özü Sumqayıtda futbola böyük marağın göstəricisidir. Ona görə də bu gün oyunlara daha az azarkeş gəlməsinə görə narazılıq edənlər, günahı sumqayıtlı fanatlarda görməsin gərək.