AFFA yeni mövsümdən I Divizionda mübarizə aparacaq "Mingəçevir" komandasına ayıracağı büdcəni müəyyən edib.

Rekord.az xəbər verir ki, sözügedən komandaya 2022-23-cü il mövsümü üçün 150 min manat büdcə nəzərdə tutub.

Bundan əlavə olaraq, Futbolin İnkişaf Fondu (FİF) da komandaya maliyyə yardımının tapılması üçün iş aparacaq. Eyni zamanda yerli icra hakimiyyəti və idman idarəsi də stadionun təmir işlərinə kömək edəcək.