AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun apellyasiya şikayətini təmin etməyib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Xatırladaq ki, "Sabah" azarkeşləri Premyer Liqanın 5-ci turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri qarşılaşmada meydana kənar əşyalar atıb.