İranlı iş adamı "Səbail" klubunu almaq istəyib.

Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.

Azərbaycanda da ticarət qurmağı düşünən həmin şəxs futbol klubu da saxlamaq fikrində olub və ona "Səbail" məsləhət görülüb. Çevrəsi vasitəsi ilə AFFA-ya istəklərini çatdırsalar da, federasiya klubu iranlılara satmaqdam imtina edib.

Məlumata görə, həmin şəxs ilk mövsüm üçün kluba 1 milyon dollar ayırmağı düşünürmüş.