U-19 yığmasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verildiyini 5 gün əvvəl diqqərinizə çatdırmışdıq. AFFA İcraiyyə Komitəsinin son iclasında komitə üzvləri əcnəbi mütəxəssislə yolları ayrımaq ayırmaq qərarına gəldilər.

Rekord.az xəbər verir ki, Miloşla əməkdaşlığa dayandıran AFFA U-19 yeni çalışdırıcısının adını ictimaiyyətə açıqlamadı.

Toplantıdan sonra U-19-un baş məşqçisi vəzifəsinə kimin təyin olunacağı ilə bağlı əlavə məlumat veriləcəyi bildirildi. Çolxarı üçün maraqlıdı, U-19 “sükanı” kimə tapşırılacaq? Yeni məşqçi əcnəbi olacaq, yoxsa yerlilər arasından seçim ediləcək?

Məsələ ilə bağlı “Football-plus.az” saytına məlumat daxil olub. AFFA-ya yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsas 19 yaşa qədər futbolçulardan ibarət millinin baş məşçisi hazırda U-18-də eyni vəzifəni icra edən Aqil Nəbiyev olacaq. Mənbəmiz onu da bildirdi ki, İcraiyyə Komitəsinin növbəti iclasında Nəbiyevin namizədliyi təsdiqlənəcək. ("Futbol plus"AFF)