"Araz Naxçıvan"ın fransalı yarımmüdafiəçisi Aksel Nqando "Qəbələ" üzərindəki 4:1-lik qələbədən sonra Rekord.az-a müsahibə verib:

 

- Başlayaq "Qəbələ" ilə oyundan...

- Bilirdik ki, çətin oyun olacaq. Ona görə ciddi hazırlaşmışdıq. Şadam ki, bu cür qələbə qazana bildik.

- Hesabın 4:1 olacağını gözləyirdin?

- Xeyr. Çünki "Qəbələ" güclü komandadır.

- Komandanız hazırda lider "Qarabağ"dan 3 xal geri qalır. Bu mövsüm komandanızdan belə oyun gözləyirdiniz?

- Bəli, bizim yaxşı komandamız var, buna görə də bu cür çıxışımız mənim üçün gözlənilməz olmadı.

- Növbəti turda "Qarabağ"la qarşılaşırsınız. Xala, qələbəyə ümid var?

- Ümid əlbəttə var. Çünki biz evdə oynayırıq. Əgər bugünkü kimi oynasaq, yaxşı konsentrasiya oluna bilsək, yaxşı nəticə də əldə edə bilərik. 

- Çempionatımızın səviyyəsi haqda hansı fikirdəsən, gəlməmişdən öncə hər hansı məlumatın var idi?

- Gəlməmişdən öncə heç bir məlumatım yox idi. Amma deyə bilərəm ki, çox yaxşı çempionatdı, güclü çempionatdı, güclü rəqabət var. Biz də çalışırıq ki, bu rəqabətdən geri qalmayaq, boşluağ yol verməyək, maksimum gücümüzü ortaya qoyub yaxşı nəticə qazanaq.

- "Araz Naxçıvan" avrokuboklara vəsiqə qazana bilər?

- İndidən bu haqda danışmaq çox tezdir. Çünki qarşıda xeyli oyunlarımız var. Amma düşünürəm ki, bu cür davam etsək, bunu bacara bilərik. Çünki komandamızın belə bir potensialı var.

- Sonda ölkəmizlə bağlı fikirlərin. Hər hansı problemlər üzləşmirsən?

- Xeyr, hər şey çox yaxşıdır, çox yaxşı uyğunlaşmışam. Daha öncə Türkiyədə də yaşadığımdan uyğunlaşma baxımından heç bir problem yaşamadım. Bakıda yaşayıram, hər şey ürəyimcədir, özümü çox rahat hiss edirəm.

 

Anar XANLAROV