“Göyəzən” Azərbaycan futbolunda tanınan klublardan biridir. Vaxtı ilə SSRİ çempionatının II dəstəsində ölkəmizi təmsil edib. Ölkə çempionatında da çıxış edib, özünəməxsus oyun dəsti-xətti formalaşdırıb.

Lakin Rekord.az təəssüflə qeyd edir ki, hazırda bu klub həvəskar dərəcədən də aşağı səviyyəyə enib.

“Region Liqası”nda çıxış edən Qazax təmsilçisi daha çox təcrübəsiz uşaqların ümidinə qalıb. Baxmayaraq ki, komandanın “TuranBank” kimi sponsoru var, amma hazırda heyətdəı yer alan futbolçulara cəmi 20-30 manat maaş alır.