"Bavariya" futbolçusu Sven Ulrayxla yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı qapıçı 2022/2023 mövsümünün sonuna kimi Bundesliqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, almaniyalı qolkiper bu mövsüm 8 matçda meydana çıxıb.