Almaniya çempionu “Bayern” UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb.

Sözügedən komanda son olaraq ötən gecə Plzen “Viktoriya”sını (Çexiya) 5:0 hesabıyla məğlub edib. Bu, münhenlilərin cari mövsümdəki ardıcıl 3-cü qələbəsidir.

Bu qələbə sayəsində “Bayern” həm də Madrid “Real”ına (İspaniya) məxsus rekordu qırıb. Madrid təmsilçisi buna qədər ÇL-də 30 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Almaniya nəhəngi artıq 31 oyunluq məğlubiyyətsiz seriya ilə “Real”ın uğurunu geridə qoyub.