"Real"ın prezidenti Florentino Peres  futbola marağın azaldığını düşünür.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Problemi həll etmək üçün onun mövcud olduğunu etiraf etmək lazımdır. Bu, həll yolunu tapmaqdan ötrü yeganə yoldur. Bizim sevimli idman növü xəstədir, futbol dünyada liderliyini itirir. Gənclər getdikcə futbolla daha az maraqlanır. Çox gec olmadan bunu dayandırmalıyıq.

Yeni nəsillər digər əyləncə növlərinə, məsələn, video oyunlara üstünlük verirlər. Keyfiyyətli məhsul istəyirlər, amma futbol onu təklif edə bilmir. Çünki hazırkı turnirlər son mərhələlərə qədər maraq yaratmır".