"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Mançester Siti"nin futbolçusu Erlinq Haaland haqda müsbət fikirlər səsləndirib.

Rekord.az "Inside Futbol"a istinadən xəbər verir ki, o, son olaraq İngiltərə Premyer Liqasının 9-cu turunda "Mançester Yunayted"lə matçda het-trik edən norveçli hücumçu ilə bağlı deyib: "Haaland əsl canavardır. Sizə elə gəlir ki, onu meydanda kim dayandıra bilər? O, həmişə yaxşı formadadır. Deyərdim ki, Haalandın bədəni həmişə fantastik vəziyyətdədir. O, anadangəlmə hücumçudur".

Xatırladaq ki, "Mançester Siti" "Mançester Yunayted"ə 6:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Haaland bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyunda 14 qol vurub.