Bu gün I Liqanın V turu çərçivəsində İmişli şəhər stadionunda keçirilməli olan "İmişli" - "İrəvan" qarşılaşması baş tutmayıb. "Rekord.az" xəbər verir ki, buna səbəb qonaqların meydan çıxmaması olub.

 

"İrəvan"ın futbolçularının əksəriyyəti matçı boykot edib. Onlar bir neçə aydır maaşlarını ala bilməməsi, hər dəfə yalan vədlərlə aldadılaraq pis duruma salındıqlarını bildirib, oynamaqdan imtina ediblər. Klub rəhbərliyi isə problemi həll etməyib.

 

Hazırda I Liqanın lideri olan "İrəvan"a texniki məğlubiyyət verilməsi gözlənilir. İntizam Məcəlləsinin 61-ci maddəsinin 4-cü bəndində deyilir: "Üzrlü səbəblər olmadan ləngimə 30 dəqiqədən artıq olarsa, səbəbkar kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 3 000 (üç min) manat məbləğində cərimə edilir".