Futbol üzrə İspaniya La Liqasında elan olunan fasilənin müddəti uzadılıb.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının bu gün yaydığı açıqlamada bildirilir.

Xəbərdə qeyd edilir ki, ölkədə Primero da daxil olmaqla bütün futbol yarışları koronavirusun yayılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınır.

Xatırladaq ki, daha öncə La Liqada cəmi 2 turun oyunları təxirə salınmışdı. Həmin qərara əsasən, martın 28-dən çempionatlar bərpa olunmalıydı. Amma ölkədəki vəziyyət proqnozlaşdırılandan da ağır olduğuna görə, bu müddətin uzadılması qaçılmaz olub. Yeni qərara əsasən, çempionatlar yalnız ölkədəki vəziyyət tam düzələndən sonra davam etdiriləcək.