Futbol üzrə Azərbaycan I Divizionunda 7-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Zaqatala” ilə qarşılaşan “Qarabağ”ın əvəzediciləri turu 1 xalla başa vurub. “Səbail” və “Şamaxı”ının əvəzediciləri arasındakı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Neftçi”nin ikinci komandası “İmişli” ilə oyunda darmadağına imza atıb. Lider “Araz Naxçıvan” da “Turan Tovuz”un əvəzedicilərini məğlub yola salıb.

I Divizion
7-ci tur

12 oktyabr

Səbail-2 – Şamaxı-2 2:1
Qol: Vidadi Cəfərov, 80-pen. Xəyal Bədirov, 90+1 – Əli Əliyev, 4.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
“ASCO Arena”, 14:00.

Zaqatala – Qarabağ-2 1:1
Qol: Cəlal Cəbrayılov, 63 – Elmir Abbasov, 27.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, İrşad Aydınov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Neftçi-2 – İmişli 7:1
Qol: Ağadadaş Salyanski, 22; 29. Vüsal Əsgərov, 35. Bahadur Quliyev, 43; 45. Aqşin Abazərov, 63. Elşad Tağıyev, 90 – Əli Tağızadə, 90+1.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Araz Naxçıvan – Turan Tovuz-2 2:1
Qol: Faiq Hacıyev, 8-öz qapısına. Orxan Əliyev, 76 – Sadiq Şəfiyev, 40.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov, İslam Məmmədov.
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.

Turun digər oyunlarının nəticələri:

MOİK – Zirə-2 1:2
Mingəçevir – Sumqayıt-2 1:1
Qaradağ Lökbatan – Kəpəz-2 2:3