Qazaxıstan iyunda Azərbaycan və Slovakiyaya qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, "Taraz"da çıxış edən Nurlan Dairov sıradan çıxıb.

27 yaşlı müdafiəçi Qazaxıstan Premyer Liqasındakı növbəti iki turu və yığmanın oyunlarını buraxacaq.

Klub Dairovun hazırda zədəsi ilə bağlı müalicə aldığını və bərpa prosesindən keçəcəyini açıqlayıb.

Daha əvvəl komandanın 9 aparıcı üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub.

Qazaxıstan iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.