İngiltərə premyer-liqasının bir sıra top-klubları futbolçularla müqaviləyə yeni şərt salmağı götür-qoy edir.

Rekord.az xəbər verir ki, bundan sonra oyunçu ilə bağlanacaq müqaviləyə tam peyvəndləmə ilə bağlı bənd salına bilər. “The Telegraph” qəzetinin xəbərində bir sıra top-klubların bu məsələni öyrənməyə başladığı bildirilir. Müqaviləyə tam peyvəndləmə ilə bağlı bəndin salınmasının koronavirus təhlükəsi ortaya çıxacağı halda komandanı böyük ölçüdə qoruyacağı güman edilir. Belə ki, bu virusa yoluxan oyunçu xəstəliyi yüngül keçirəcək.

Yeri gəlmişkən, Almaniya bundesliqasında futbolçuların koronavirusa qarşı peyvənd olunmasına xüsusi diqqət yetirilir. Doğrudu, hələ ki məcburi peyvəndləmə ilə bağlı qərar verilməyib. Amma “Bavariya” rəhbərliyi peyvənd olunmayan oyunçuları virusa yoluxacaqları halda karantində olacaqları müddətdə maaşdan məhrum edən qərar verib.