«Gənclər və İdman Nazirliyinin nümayəndələri yaxınlarda gəlmişdi, stadiona baxış keçirdilər».

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizion təmsilçisinin rəhbəri sözügedən nazirliyin balansında olan Zaqatala Olimpiya Kompleksinin stadionundan pulsuz istifadə etdiklərini bildirib:

«Əvvəlki mövsümlərdə biz 50 min manat icarəhaqqı ödəyirdik. Neçə ildir belə idi.

AFFA Divizion klublarına ayırdığı illik büdcəni aşağı saldığından, bu dəfə icarə pulunu ödəməyə vəsait tapa bilmirik. Nazirliyin əməkdaşlarına vəziyyəti izah etmişik.

Özləri də görür ki. büdcəmizdə nə qədər çatışmazlıq var. Son söhbətimizdə hər şeyi onların diqqətinə çatdırdıq.

İcarəhaqqını ödəyə bilməməyimizə heç nə demədilər. Buradan çıxmaq söhbəti getmədi.

Zaqatalada başqa stadion da yoxdur ki, ev oyunlarını orada keçirək».