"Qarabağ"ın Konfrans Liqasının son turunda "Bazel"lə baş tutan oyunu bir müddət yaddaşlardan silinməyəcək.

Buna səbəb ağdamlıların oyunun əvvəlində vurduğu qolun qeydə alınmaması oldu. Bəlkə də qarşılaşmanın axarını dəyişəcək qolun sayılmaması böyükdən-kiçiyə hamını məyus etdi.

Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablayan Qurban Qurbanov Filip Ozobiçlə xorvat hakim arasında dialoqun yaşandığını söyləmişdi. Futbolçu ilk öncə bu haqda açıqlama verməkdən yayınmışdı. Lakin görünür bunun yaxşı hal olmadığını, etdiyin hərəkətin qınaq obyekti, milliyətçilik meylli olduğunu görüb daşı ətəyindən töküb. O, "Futbol plus"a açqlamasında oyundan sonea həmyerlisi olan baş hakimlə aralarındakı söhbəti açıb: "Oyundan sonra həmyerlilərim olan hakimlərlə söhbət etdim. Əslində, onlar mənimlə dialoqa girməməlidilər. Amma mən söhbət etdim. Baş hakim dedi ki, “mən gördüm ki, qoldu, sadəcə, əmin olmadım. Çünki yan xətt hakimi mərkəzə doğru qaçmadı, əminliklə yerində dayanmışdı. O mərkəzə qaçsaydı, mən qolu qeydə alacaqdım. Fasilədə videoyazıya baxarkən qol olduğunu gördüm”. Amma nə etmək olar, sadəcə, üzr istədi".