Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”la Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək oyun üçün cəmi 300 bilet qalıb.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Həmin biletlər oktyabrın 13-də - oyun günü satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:45-də start veriləcək.