İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi buna ÇL-in qrup mərhələsinin 4-cü turunda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.

İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. “Real” iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır. 

Madridlilər yalnız 1996/97 mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.