“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin klubun baş məşqçisi Erik ten Haqın hücumçu Kriştiano Ronaldonu İngiltərə Premyer Liqasının 9-cu turunda “Mançester Siti” ilə oyuna (3:6) buraxmamaq qərarını şərh edib.

Rekord.az o, "Sky Sports"a müsahibəsində deyib: "Böyük oyunçular və ən yaxşı oyunçular hər həftə oynamaq istəyirlər. Ronaldo derbidə ehtiyat oyunçular skamyasında oturmaq üçün "Mançester Yunayted"ə qayıtmayıb. O, “Mançester Yunayted”in bombardiri olub. Kriştiano meydanda olanda futbolçular effektiv deyil? Bu, Ronaldonun deyil,  onların günahıdır".

Qeyd edək ki, portuqaliyalı hücumçu bu mövsüm Premyer Liqada 6 oyuna çıxıb və qol vura bilməyib. 

Xatırladaq ki , ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu derbidə oynatmadığını bildirmişdi