Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turu çərçivəsində noyabrın 5-də "NTD-INDIGO" və "Sabah" komandaları arasında baş tutmalı olan oyun təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə "NTD-INDIGO" klubunun müraciəti və “Sabah” klubunun razılığı əsasında qərar qəbul olunub.
 
Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək.