"Liverpul"un futbolçusu Məhəmməd Salah klubdan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, misirli hücumçu Mersisayd təmsilçisində qalacağını deyib: "Hazırda sadəcə Çempionlar Liqasının finalında "Real"la oyuna köklənmişəm. Ancaq növbəti mövsüm də "Liverpul"da oynayacağıma əminəm".

Qeyd edək ki, Salahın klubu ilə müqaviləsi gələn ilin yayı başa çatır.