Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-da, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) oyunundan əvvəl “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov və futbolçu Mert Çelikin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, tədbir avqustun 18-də, saat 19:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 20:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

8-ci km stadionunda həmin gün, saat 17:30-da “Makkabi”nin baş məşqçisi Barak Bakarın mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Avqustun 19-da keçiriləəck “Neftçi” – “Makkabi” matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu bir həftə sonra İsraildə olacaq.