Kamran Ağayev yenə qalmaqalla gündəmə gəlib.

Rekord.az xəbər verir ki, şərəfini qoruduğu "Səbail" ötən gün məşqə çıxdığı saatda Ağayev instaqramda izləyiciləri üçün canlı yayım açıb.

Komandanın kapitanı Rahid Əmirquliyevin paylaşıma yazdığı "Tofiq Bəhramovda məşq edirik, gəlirsən?" rəyi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Görünən budur ki, illər keçsə də, 35 yaşlı qapıçının xarakteri dəyişmir.