Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri yenidən bərpa olunub. Hazırda arenada qızğın iş gedir və arena ilin sonunda təhvil veriləcək. Hazırda oturacaqların və qazonun hazırlııqları aparılır.

Rekord.az xəbər verir ki, qazonla bağlı işlər layihəyə uyğun olaraq aparılacaq.

Belə ki, təbii örtüklü qazon üçün nəzərdə tutulan toxumlar Niderlanddan gətiriləcək. Bu işə xüsusi təcrübəyə malik mütəxəssislər cəlb olunub.