Türkiyənin “Başakşəhər” klubu sağ cinah müdafiəçisi Ömər Ali Şahinərlə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 30 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.

Ömər Ali Şahinər 2021-ci ilin yanvar ayından “Başakşəhər”in uğurları üçün çalışır. O, bu komandanın heyətində 53 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.