Xəbər verdiyimiz kimi, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov komandanın təcrübəli futbolçusu Rauf Əliyevi əvəzedici komandayha göndərib və ümumiyyətlə, ona ehtiyacı olmadığın bildirib. Bu mənada Raufun qışda komandadan getmək ehtimalı çx yüksəkdir. Baş məşqçi ilə təcrübəli futbolçu arasında yaşanan problemlə bağlı bir sıra versiyalar səslənib.

Rekord.az-a isə yeni, kifayət qədər maraqlı məlumat daxil olub.

Məlumata görə, tərəflər arasında ilk narazılıq Əhmədovun yeni baş məşqçi təyin olunduğu günlərdə yaşanıb. Belə ki, Rauf bazaya məşqə gələn zaman bir neçə dəfə Əhmədova salam verməyib. Bu isə baş məşqçinin xoşuna gəlməyib və futbolçu ilə prinsipə düşüb. İkinci daha böyük qalmaqal isə məşq zamanı yaşanıb. Belə ki, məşq zamanı Rauf komandanın nigeriyadan olan legioneri Şuaybuya nəyisə başa salırmış. Tərlan Əhmədov isə bunun işinə müdaxilə kimi qəbul edib və Raufun hərəkətini özünə qarşı hörmətsizlik kimi qəbul edərək ona acıqlanıb, ardınca məşqdən qovub.