Məlum olduğu kimi, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" baş məşqçi postunu Ayxan Abbasova həvalə etdi. Klub rəhbərliyi bir neçə namizəd arasından bu seçimi etdiklərini bildiriblər.

Lakin Rekord.az-a daxil olan məlumata görə, əslində Tovuz təmsilçisi Abbasovla hələ fevral ayından danışıb razılığa gəlmişdi.

Razılıq belə olmuşdu ki, əgər komandanın Premyer Liqaya buraxılması rəsmləşsə və büdcə də öz təsdiqini tapsa Abbasovla rəsmi müqavilə bağlanacaq. Yəni 41 yaşlı məşqçi ilk gündən yeganə namizəd olub və alternativi olmayıb. Son zamanlar mətbuata namizəd kimi açıqlanan məşqçilərin təqdimatı isə formal xarakter daşıyıb və həmçinin də fors-major hallar üçün nəzərdə tutulub.Yəni birdən Abbasov variantı alınmasa ehtiyat variantlar olsun.