UEFA "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartalı cəzalandırılıb.

Rekord.az xəbər verir ki, buna "sarı bülbüllər"in Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsindən keçirilən matçda -  "Tvente" ilə cavab qarşılaşmasında meydana gec çıxması səbəb olub.

İstanbul nəhəngi meydana nəzərdə tutulan vaxtdan 1 dəqiqə gec çıxdığı üçün Kartal 1 oyunluq şərti cəza alıb. Sınaq müddəti isə 1 il təyin edilib. Sözügedən mütəxəssis 25 min, "Fənərbaxça" isə 28 min avro cərimə ödəyəcək.