Ukrayna mətbuatı Avropa Liqasının G qrupunun "Olimpiakos" - "Qarabağ" matçından yazıb.

Rekord.az "UA-Футбол" portalına istinadən xəbər verir ki, ukraynalı həmkarımız Ağdam klubunun Pireydəki 3:0 hesablı məğlubiyyətini belə şərh edib:

"Görəsən, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Pedro Martinsi istefaya göndərən Evangelos Marinakis verdiyi qərara görə peşmandı?

Çempionatda altı turdan sonra komandanın "Panatinaikos"la xal fərqi 7-ə çatıb. Avropa Liqasında isə vəziyyət daha pisdi.

İlk dövrədən sonra komandanın aktivində xal yoxdu. "Qarabağ"a qarşı açıq futbol oynadılar və nəticənin gözlənilməz olduğunu demək mümkün deyil.

Qonaqlar qol imkanlarından istifadə etdi. "Olimpiakos"un müdafiədəki oyunu "Qarabağ" üçün əsl hədiyyə oldu

"Olimpiakos"un sahibinin keçmiş klubu "Xetafe"də 8 oyunun yeddisində məğlub olan Miçeli dəvət edərkən nəyə ümid etdiyini söyləmək çətindi".