"Kəpəz"in veteran futbolçuları - Firuz Qulami ilə Vidadi Rzayev sosial şəbəkələrdə birgə videomüraciət yayıb.

Rekord.az xəbər verir ki, onlar klubun İdarə Heyətinin sədri İlqar Nadirinin istefa verməsini tələb ediblər.

Rzayev hətta şok iddia səsləndiriblər. O, ötən mövsümün gedişində klubda çalışan 5 şəxsin Nadirinin otağına daxil olaraq Əhmədovun istefasını tələb etdiyini deyib və həmin beş şəxsin adını açıqlayıb. Bunlar futbol veteranları Mehman Allahverdiyev, klubun futbol akademiyasının koordinatoru İlham Səmədov, əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov, klubun mühafizə xidmətinin rəisi Elmar Əliyev və klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev.